Bakıda qəza olub, sıxlıq yaranıb

Bakıda qəza olub, sıxlıq yaranıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib

NİİM-dən SİA-ya verilən məlumata görə, qəza paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində qeydə alınıb. Hazırda qəza səbəbindən Azadlıq prospekti ilə kəsişmədən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması üçün işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə