Hövsanda cinayət hadisəsi baş verib: 46 yaşlı qadın qətlə yetirilib

Hövsanda cinayət hadisəsi baş verib: 46 yaşlı qadın qətlə yetirilib

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseyinqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən,1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə