Avtomobil səkidə dayanan piyadalara “hücum edib”…

Avtomobil səkidə dayanan piyadalara “hücum edib”…

Kaluqada sürətlə hərəkət edən avtomobil səkidə dayanan piyadaları vurub. Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib ki, nəticədə ikisi uşaq olmaqla on nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, daha 6 nəfər xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib. Həmin şəxsin sərxoş olub-olmadığı tibbi müayinəyə aparıldıqdan sonra müəyyənləşdiriləşək.

Qeyd edək ki, avtomobilin piyadaları vurduğu an videoya düşüb, bunu RT Telegram kanalı yayıb.

Kadrlarda avtomobilin səkiyə necə çıxması, keçiddə dayanan insanları və məlumat stendini sökdüyü əks olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə