"Qazel" üç yeniyetmə velosipedçini vuraraq öldürüb

"Qazel" üç yeniyetmə velosipedçini vuraraq öldürüb

Faciə bu gün günorta saatlarında Pyatiqorsk yaxınlığında baş verib. Belə ki, magistral yolda velosiped sürən üç uşaq avtomobilin təkərləri altında ölüblər.

SİA regional yol polisinin məlumatına istinadən bildiri ki, Stavropol diyarında üç idmançı uşaq bədbəxt hadisənin qurbanı olublar.

Qeyd edək ki, qəza saat 16:30 radələrində baş verib. "Qazel" markalı yük maşınının 33 yaşlı sürücüsü, Petrovski rayon sakini avtomobil idarə edərkən təhlükəli məsafə seçib. Və nəticədə o, qabaqda gedən bir qrup gənc velosipedçini vurub. Pyatiqorsk sakinləri olan 11, 12 və 13 yaşlı yeniyetmələr ölümcül yaralanıb və sonradan ölüblər.

Hüquq-mühafizə orqanları faciənin bütün təfərrüatlarını, xüsusən də fövqəladə hadisədə mikroavtobusun məşqçisi və sürücüsünün nə qədər günahkar olduğunu öyrənəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə