Azərbaycanda zəlzələ oldu

Azərbaycanda 4,9 maqnitudada zəlzələ olub. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bala yaxın hiss edilib.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə