Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb. SİA-nın məlumatına görə, hadisə Mahmudlu kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB