Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum" sularda xilasetmə məntəqəsinin ərazisində və “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə