Masallıda iri gövdəli ağac fərdi yaşayış evinin üstünə aşıb

Masallıda iri gövdəli ağac fərdi yaşayış evinin üstünə aşıb

Masallıda 150 ailənin istifadə etdiyi yol bağlanıb. Ərazidə polis xidmət aparır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında Masallı rayonunun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində iri gövdəli ağac aşaraq kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evinin damının üstünə düşüb. Evin damına, həyətdə olan yarımtikiliyə, hasara, eləcə də ərazidən keçən kommunal xətlərə, elektrik dirəklərinə ciddi ziyan dəyib. Həmçinin 150 ailənin istifadə etdiyi yol bağlanıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda ərazidə polis əməkdaşları xidmət aparır. Yolda qəza hadisəsinin baş verməməsi və nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə