Azad edilmiş ərazilərdə daha 337 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 337 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.08.2023 - 20.08.2023) açıqlanıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 234 piyada əleyhinə mina, 103 tank əleyhinə mina, 53 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 453, 90 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə