Siyəzəndə və Samuxda yanğın olub

Siyəzəndə və Samuxda yanğın olub

Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb.

FHN-dən SİA-ya verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux şəhərində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə