Sakit okeanda əmələ gələn və son bir neçə gündür Meksikanın qərb sahillərinə təsir edən “Hilary” tropik qasırğası Aşağı Kaliforniya ştatını vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Meksika Milli Meteorologiya Xidmətindən verilən açıqlamada Hilarinin səhər saatlarında qasırğa səviyyəsində olarkən gücünü itirərək tropik fırtına səviyyəsinə düşüb. Ölkənin şimal-qərb əyalətlərində güclü yağışlara səbəb olduğu bildirilib. Sel və daşqınlara səbəb olan Hilari qasırğasında bu gün daha 1 nəfər ölüb, ümumi can itkisi isə 3-ə çatıb. Səlahiyyətlilər bildiriblər ki, son can itkisi çayın daşması nəticəsində 5 nəfərlik bir ailənin olduğu avtomobilin su basmadığı üçün baş verib. Səlahiyyətlilər ağacların və elektrik dirəklərinin aşması səbəbindən bir çox məntəqənin işıqsız qaldığını, küləyin bəzi evlərin damını uçurduğunu bildirib.
Hilari qasırğası dünən axşam saatlarından etibarən ölkənin şimal-qərbindəki Sinaloa, Aşağı Kaliforniya və Aşağı Kaliforniya Sur ştatlarında güclü külək və leysan yağışlarına səbəb olub. Fırtınanın yaratdığı yağışlar paytaxt Mexikoda da təsirli olub. Bəzi ərazilərdə daşqınlar yaşanıb, şəhər boyu 168 ağacın aşdığı bildirilir.
Meksikanı vuran Hilari qasırğasının şimala doğru hərəkətini davam etdirəcəyi və ABŞ torpaqlarına çatacağı gözlənilir. ABŞ-ın Kaliforniya ştatının bəzi şəhərlərində artıq daşqınlar qeydə alınıb, Kaliforniya qubernatoru Gavin Newsom fırtınanın gəlməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Fəlakət zamanı vətəndaşlara kömək etmək üçün ştatın müxtəlif yerlərində minlərlə şəxsi heyət hazır vəziyyətdə saxlanılıb, ətrafdakı hava limanlarında isə 80 reys təxirə salınıb. Hilarinin quruda irəliləyərkən yaxın günlərdə şimala doğru hərəkətini davam etdirəcəyi və təsirini itirəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB