Cəlilabadda iki qardaş bir-birini bıçaqlayıb

Cəlilabadda iki qardaş bir-birini bıçaqlayıb

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, rayon sakinləri - 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, iki qardaş bir-birinə bıçaq xəsarəti yetirib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə