Buzovnada dənizdə batan şəxsin axtarışları aparılır

Buzovnada dənizdə batan şəxsin axtarışları aparılır

Buzovnada dənizdə batan şəxsin axtarışları aparılır. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə