Kürdəmirdə tikinti materiallarının satışı bazarında yanğın olub

Kürdəmirdə tikinti materiallarının satışı bazarında yanğın olub

Kürdəmir rayonun Atakişili kəndində tikinti materiallarının satışı bazarının ərazisində taxta taralar 10 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, bazar ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə