Kemerovo vilayətində məktəbli qız dəmir yolunda ölüb. Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti bildirib ki, qızın ölümünün bütün şəraiti araşdırılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, faciə avqustun 19-da, şənbə günü saat 13:00 radələrində, Kuzbassın Leninsk-Kuznetsk bələdiyyə rayonunda, Qərbi Sibir Dəmir Yolunun Eqozovo stansiyası yaxınlığında baş verib.
Belə ki, yük qatarı 12 yaşlı qızı vurub. Qatarın qıza toxunması nəticəsində zərərçəkən yerindəcə keçinib.
Xatırladaq ki, daha əvvəl Rusiya Dəmir Yolları cənub qatarları da daxil olmaqla, uzun məsafəli qatarlar üçün bilet satışını 90 gün əvvəl bərpa ediliyi məlum olmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB