Sumqayıt Tibb Mərkəzi suda boğulma ilə bağlı daxil olan müraciətlərin sayını açıqlayıb

Sumqayıt Tibb Mərkəzi suda boğulma ilə bağlı daxil olan müraciətlərin sayını açıqlayıb

Bu ay Sumqayıt Tibb Mərkəzinə suda boğulma ilə bağlı 7 müraciət daxil olub. Bu ay TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına suda boğulma ilə bağlı ümumi 7 müraciət daxil olub. SİA xəbər verir ki, onlardan 4 nəfərinə yerində yardım göstərilərək, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Üç nəfər isə suda boğulma səbəbi ilə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə