24 yaşlı qız binadan yıxılaraq ölüb

24 yaşlı qız binadan yıxılaraq ölüb

Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb.

SİA-nın məlumatına görə, hadisə Gəncə şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binaların birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə