Böyük Şor gölündə narkotik gizlədibmiş

Böyük Şor gölündə narkotik gizlədibmiş

Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik aşkarlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatı zamanı müəyyən edilib.

Qeyd edilib ki, əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyük Şor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə