Dördüncü mərtəbədən yıxılan qız sağ qalıb

Dördüncü mərtəbədən yıxılan qız sağ qalıb

Moskvada uşaq dördüncü mərtəbədən yıxılaraq sağ qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskva prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə Cənub-Qərb İnzibati Dairəsinin Zyuzinskaya küçəsində yerləşən yaşayış binasında baş verib.

Belə ki, dörd yaşlı qız evdə, dördüncü mərtəbədəki mənzildə nənəsi və babası ilə birlikdə olub. Bir anda körpə pəncərəyə tərəf gedərək, ağcaqanad toruna söykənib və aşağı yumarlanıb.

Yıxılan qız xəstəxanaya çatdırılıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Daha əvvəl Sankt-Peterburqda üç yaşlı uşağın dördüncü mərtəbədən yıxılaraq sağ qaldığı bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə