Zəlzələdə çaxnaşma yaşandı!

Kolumbiyanın Kumaral bölgəsinin şimalında 6,3 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu zəlzələdən dərhal sonra 5,6 və 4,8 bal gücündə daha iki təkan qeydə alınıb. Paytaxt Boqotada hiss olunan zəlzələdən sonra çox sayda insan küçələrə axışıb. Zəlzələdən sonra açıqlama verən rəsmilər indiyə qədər yalnız bir nəfərin öldüyünü açıqlayıb.

Digər xəbərə görə, Boqota yanğınsöndürmə briqadasının əməliyyatlar üzrə direktor müavini Paula Henao bir nəfərin panikaya düşərək binanın yeddinci mərtəbəsindən tullanmaq nəticəsində öldüyünü bildirib. Sözügedən görüntü qısa zamanda sosial mediada gündəmə gələrkən, həmin an insanların qışqırtıları eşidilib.

Bundan başqa, zəlzələ Medellin və Kali kimi digər böyük şəhərlərdə də hiss olunub. Sosial şəbəkələrdə zəlzələ zamanı yellənən mebel və yellənən çilçıraqların videoları da yayılıb.

Qeyd edək ki, Kolumbiyada qeydə alınan ən böyük zəlzələ 1906-cı ildə Ekvadora da təsir edən 8,8 bal gücündə zəlzələ olub. Təbii fəlakətdən sonra bölgədə 500 nəfər ölüb, sunami baş verib. Eyni bölgədə daha bir zəlzələ 2016-cı ildə baş verib. Sözügedən zəlzələnin maqnitudası 7,8 olaraq ölçüldü.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə