Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlanıb

Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlanıb

Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə