Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, qəza Azərbaycan prospekti ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "Toyota Prius" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini aşırıb.
Nəticədə yol infrastrukturuna da ziyan dəyib.
Hadisədə xəsarət alanların olduğu bildirilir. Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB