Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib. SİA-nın məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.
Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB