Yol qəzası zamanı avtomobil yanıb

Yol qəzası zamanı avtomobil yanıb

Mingəçevir şəhərində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində bir minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə