Salyanda qatarın qadını vurması ilə əlaqədar cinayət işi açılıb

Salyanda qatarın qadını vurması ilə əlaqədar cinayət işi açılıb

Salyan rayonunda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrliyində hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə