Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə boğularaq həyatını itirən 4 nəfərdən biri Milli Aviasiya Akademiyasının tələbəsi Şahlar Əliyev olub. SİA xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB