Cəlilabadda avtomobillər 13 yaşlı oğlanı və 28 yaşlı qadını vurub

Cəlilabadda avtomobillər 13 yaşlı oğlanı və 28 yaşlı qadını vurub

Cəlilabadda avtomobillər 13 yaşlı oğlanı və 28 yaşlı qadını vurub. SİA-nın məlumatına görə, hadisələr rayonun ayrı-ayrı ünvanlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobillərdən biri piyada, 2010-cu il təvəllüdlü Səyyad İbrahimovu, digəri isə 1995-ci il təvəllüdlü Leyla Kazımovanı vurub.

Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə