Xəzər dənizində batan şəxsin meyiti tapılıb. SİA-nın xəbərinə görə, hadisə avqustun 15-də Xəzər dənizinin Astara rayonunun Şahağacı kəndinə aid hissəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1997-ci il təvəllüdlü Hüseynağa Səmədov dostu ilə dənizdə çimərkən boğulub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avqustun 16-da aşkarlanaraq sahilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB