“Yeni Moskva”da üç yaşlı uşaq mənzilin pəncərəsindən yıxılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Moskva prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə Pervomayskoye qəsəbəsinin Mərkəzi küçəsində yerləşən yaşayış binasında baş verib.
Deyilənlərə görə, uşaq evdə anası ilə olub. Nə vaxtsa qadının fikri qısa müddətə dağılıb və uşaq baxımsız qalaraq ağcaqanad toruna söykənərək beşinci mərtəbənin pəncərəsindən yerə yıxılıb.
Binanın beşinci mərtəbəsindən yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, bundan əvvəl beş yaşlı əlil uşağın şəhərətrafı ərazidəki evin pəncərəsindən yıxıldığı bildirilmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB