Daha dörd nəfər dənizdə boğulub

Daha dörd nəfər dənizdə boğulub

Bakıda dörd nəfər dənizdə batıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Yeri gəlmişkən, Astara rayonu, Şahağac kəndində də bir nəfər dənizdə batıb.

Bütün xəbərlər Facebook səhifəmizdə