Lan tayfunu Yaponiyanı vurdu!

Tayfun Yaponiyada təsirini itirdiyi halda, bu dəfə “Lan” tayfunu ölkəni vurdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, səhər saatlarında ölkənin ən böyük yarımadası olan Kii yarımadasına çatan “Lan” qasırğası ölkənin müxtəlif bölgələrində, xüsusilə Hyoqo, Osaka, Kyoto və Vakayama əyalətlərində güclü külək və yağışlara səbəb olub. Səlahiyyətlilər güclü külək nəticəsində Hyoqo əyalətində 7, Osaka əyalətində 5, Kyoto əyalətində 3, Vakayama əyalətində 3 və Şiqa əyalətində 2 nəfər olmaqla ümumilikdə 20 nəfərin yaralandığını açıqlayıb. Qasırğa hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, ölkə daxilində 800 uçuş ləğv edilib. Naqoya və Şin-Osaka stansiyaları ilə Şin-Osaka və Okayama stansiyaları arasında bu günə planlaşdırılan bütün sürətli qatar xidmətləri ləğv edilib.

Kansai Elektrik Dağıtım Şirkəti tərəfindən edilən açıqlamada Osaka əyalətində 13 min 320, Kyoto əyalətində 4 min, Hyoqo əyalətində 970, Vakayama əyalətində 7 min 950, Nara əyalətində 4 min 300 və Şiqa əyalətində 360 ev olduğu bildirilib. Cəmi 30 min 900 xana elektrik kəsilməsi yaşanıb. Bəzi bölgələrdə daşqınlar və torpaq sürüşmələri yaşanarkən, Yaponiya Meteorologiya Agentliyi (JMA) tayfunun bu axşamdan etibarən Kinki, Şikoku və Çuqoku bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb. Səlahiyyətlilər riskli ərazilərdə yaşayanları mümkün daşqın və sürüşmələrə, eləcə də sahilyanı ərazilərdə müşahidə oluna biləcək yüksək dalğalara qarşı diqqətli olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə