Şabranda 15 yaşlı gənc intihar edib

Şabranda 15 yaşlı gənc intihar edib

Şabran rayonunda gənc intihar edib. SİA-nın məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü Abdullayev Nəcəf Ariz oğlu yaşadığı fərdi yaşayış evinin həyətində yardımçı tikilidən özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə