Bakıda qəza olub, yolda sıxlıq yaranıb. SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu səbəbdən də prospektdən üzü şəhər istiqamətinə yolda sıxlıq yaranıb.
“Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb edilib”, - məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB