Hacıqabulda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 1980-ci il təvəllüdlü Tarıverdiyeva Tünzalə Pirhüseyn qızı, 1963-cü il təvəllüdlü Bədəlov Novruzəli Ağadadaş oğlu, 1986-cı il təvəllüdlü Tarıverdiyeva Namidə Saday qızı, 1993-cü il təvəllüdlü Cəfərova Elzangül Novruz qızı, 1965-ci il təvəllüdlü Bədəlova Sənəm Həsən qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB