Yasamal rayonunda mənzildə meyit aşkarlanıb

Yasamal rayonunda mənzildə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə