Kiyev Urojayne və Baxmut yaxınlığındakı uğurunu elan edib

Ruslar müharibə xəbərləri iklə bağlı onlara sərf etməyən terminləri həmişə “dıqnaq”da verirlər
Kiyev Urojayne və Baxmut yaxınlığındakı uğurunu elan edib

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar, son bir həftə ərzində Ukrayna Müdafiə Qüvvələrinin Baxmut yaxınlığındakı kiçik ərazini öz nəzarətlərinə qaytardıqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya o, 3 kvadrat kilometr ərazinin azad edildiyini bildirib. Ümumilikdə, Ukrayna əks-hücumunun başladığı iyun ayından Baxmut sektorunun cənub cinahında 40 kvadrat kilometr ərazi azad edilib,

Bunları deyən Anna Malyar, bazar ertəsi Donetsk vilayətinin Urojaynoye kəndində Ukrayna Silahlı Qüvvələrinin rusların təəbirincə desək, "müəyyən uğurunu" da açıqlayıb.

…Ukrayna ordusu hücuma avqustun 8-də başlayıb. “Həftə ərzində Urojaynoye kəndində döyüşlər davam edib, orada müəyyən uğurlar var”, - deyə Malyar brifinqdə bildirib. Onun sözlərinə görə, Staromayorskinin cənubunda və cənub-şərqində, Ukrayna Silahlı Qüvvələrinin müəyyən ərazilərdə yerləşdirildiyi Urojaynı yaxınlığında uğurlar var.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi şənbə günü Urojaynıya hücumu dəf etdiyini bildirib. Lakin ruslar geri çəkilmə ilə bağlı rəsmi heç bir məlumat verilməyiblər.

Amma “The New York Times” nəşri avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın cənubunda iki əsas cəbhədə “taktiki əhəmiyyətli” irəliləyiş əldə etdiyi barədə yazıb. Nəşrin məlumatına görə, Ukrayna qoşunları rus qoşunları tərəfindən ələ keçirilən Berdyansk və Melitopol istiqamətində 16-20 kilometr əraziyə nəzarəti ələ keçirib

Yeri gəlmişkən, ruslar müharibə xəbərləri iklə bağlı onlara sərf etməyən terminləri həmişə “dıqnaq”da verirlər.

Məsələn, “The New York Times”ən işlətdiyi “taktiki əhəmiyyətli” sözləri kimi…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə