ABŞ-ın Miçiqan ştatında keçirilən "Thunder Over Michigan" uçuş nümayişində fəlakət baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Willow Run hava limanından havaya qalxan MiQ-23 təyyarəsi naməlum səbəbdən ərazidəki yaşayış binasının dayanacağına çırpılıb. Federal Aviasiya İdarəsi paraşütlə tullanaraq bölgədəki Belleville gölünə enən 2 pilotun yüngül yaralı olaraq xəstəxanaya aparıldığını açıqlayıb. Hadisə zamanı can itkisinin olmadığı bildirilib.
Qəzadan sonra uçuş şousu dayandırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB