Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb. SİA-nın xəbərinə görə, hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Usta baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB