İsmayıllıda avtomobil kişini vuraraq öldürdü

İsmayıllıda avtomobil kişini vuraraq öldürdü

İsmayıllıda avtomobil piyadanı vurub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə