Zirə qəsəbəsi yaxınlığında 1 nəfər dənizdə batıb

Zirə qəsəbəsi yaxınlığında 1 nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 20 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

SİA APA-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə