Kürdəmirdə iki avtomobil toqquşub, yaralılar var

Kürdəmirdə iki avtomobil toqquşub, yaralılar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə