Qobuda avtomobil təmiri sexində yanğın olub

Qobuda avtomobil təmiri sexində yanğın olub

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə