Moskvada müğənni Tima Belorusskinin 24 yaşlı səs prodüseri Yan Suponenkoya hücum ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Savvinskaya sahilində, o, sevgilisi ilə şəhər ətrafında skuter sürərkən baş verib.
Suponenkonun dediyinə görə, tanımadığı biri sevgilisinin yolunu kəsərək ona sataşıb. Sevgilisinin müdafiəsinə qalxan Suponenko başından zərbə alıb.
Səs prodüseri yıxılıb, bundan sonra naməlum şəxs onu döyməyə davam edib, daha sonra qara rəngli “Toyota Camry” markalı avtomobilə oturaraq aradan çıxıb.
Döyülən gənc polisə gedib. Hazırda ücum edəni axtarırlar.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Nijni Novqorodda bir qrup kişi yeniyetmələrə saçlarının rənginə görə hücum edib onları döymüşdülər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB