"Dostlar" 3 nəfəri vəhşicəsinə öldürüb və...

"Dostlar" 3 nəfəri vəhşicəsinə öldürüb və...

Volqoqrad vilayətində 3 nəfərin müxtəlif vaxtlarda törədilmiş olduqları dəhşətli qətllər araşdırılır.

İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, işdə bir qadın da daxil olmaqla üç şübhəli şəxs saxlanılıb.

Müəyyən edilib ki, avqustun 5-də 3 şübhəli şəxs tanışları - 38 yaşlı kişi və 21 yaşlı gənclə Kotelnikovo şəhərində Aksay Kurmoyarski çayının sahilində içki içiblər. Sərxoş halda mübahisə zəminində onlar 38 yaşlı kişini döyərək öldürüblər və sonradan onun meyitini çayın kənarında basdırıblar.

Daha sonra polisə təslim olmaq istəyən 21 yaşlı gənc öldürülüb. Onun meyiti isə çaya atılıb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər 2022-ci ilin noyabrında daha bir qətl törədiblər. Belə ki, onlar Kuybışev küçəsindəki fərdi evdə 44 yaşlı kişini qətlə yetirib, cəsədini quyuya atıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə