Türkiyə yenə silkələnib

Şənbə günü günorta Türkiyənin cənubunda zəlzələ baş verib. Yerli təbii fəlakətlərin idarə olunması agentliyi (AFAD) zəlzələnin Rixter cədvəli üzrə 3,7 bal gücündə olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, zəlzələnin episentri Adana vilayətinin Saimbəyli rayonunda yerləşib.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən cümə axşamı, avqustun 10-da Türkiyənin şərqində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə