Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb

Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb

Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb. Bu Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə