Təqaüdçünü zəhərli ilan sancıb

Təqaüdçünü zəhərli ilan sancıb

Moskva yaxınlığındakı Sergiev Posadda şəhərində zəhərli ilan qadına hücum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında “Podlipki” SNT-dəki fərdi evlərdən birinin ərazisində baş verib.

Belə ki, 70 yaşlı qadını yaşadığı ərazidə ilan ayağından sancıb. Ehtimala görə, təqaüdçünü gürzə sancıb.

Zərərçəkmiş ilan zəhərinin zəhərli təsiri ilə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, Rusiyada insanlara ilan hücumları ilə bağlı daha əvvəl də məlumat verilmişdi.

Belə ki, bir müddət bundan əvvəl Tver vilayətində sürünən yeniyetməni dişləmişdi.

Daha bir hadisə isə şəhərətrafı qəsəbədə qeydə alınıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə