Türkiyədə Nevşehirin Acıgöl rayonunda 80 yaşlı Camal Batmaz oğlu mübahisə etdiyi 56 yaşlı oğlu Yunus Batmaza ov tüfəngi ilə atəş açaraq öldürüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Acıgöl rayonunun Tatlarin qəsəbəsində baş verib.
Belə ki, Yunus Batmazla atası Cemal Batmaz arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Cemal Batmaz evdə tapılan ov tüfəngini götürərək oğluna atəş açıb. Silah səslərini eşidən qonşuların xəbəri üzərinə jandarma və sağlamlıq qrupları ünvana sövq edilib. Gələn həkim briqadası Yunus Batmazın öldüyünü müəyyən edib. Jandarm Cemal Batmazı saxlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB