Novxanıda 1 nəfər dənizdə batıb

Novxanıda 1 nəfər dənizdə batıb

Abşeron rayonunun Novxanı kəndində 1 nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə