Gəncədə 10 yaşlı qızı avtomobil vurub

Gəncədə 10 yaşlı qızı avtomobil vurub

Gəncədə azyaşlını maşın vurub. SİA-nın məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü Yağmur İsgəndərovanı vurub. 10 yaşlı piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə